Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2025-ci ilin yekunlarına əsasən dünya üzrə rəmzi yığmanın heyətini açıqlayıb.
Arena.az bu barədə IFFHS-in rəsmi saytına istinadən xəbər verir.
Qurumun sıralamasına görə, ilin komandasında aşağıdakı futbolçular yer alıblar:
Qapıçı: Canluici Donnarumma (PSJ / “Mançester Siti”);
Müdafiəçilər: Nuno Mendes (PSJ), Vilyam Paço (PSJ), Əşrəf Hakimi (PSJ);
Yarımmüdafiəçilər: Vitinya (PSJ), Pedri (“Barselona”), Lamin Yamal (“Barselona”);
Hücumçular: Kilian Mbappe (“Real”), Erlinq Haland (“Mançester Siti”), Harri Keyn (“Bayern”), Usman Dembele (PSJ).
Xatırladaq ki, daha əvvəl 2025-ci ilin ən yaxşı məşqçiləri də elan edilmişdi. Klub səviyyəsində bu ada Luis Enrike (PSJ), milli komandalar arasında isə Luis de la Fuente (İspaniya millisi) layiq görülmüşdü.
