Mərakeşdə təşkil edilmiş futbol üzrə Afrika Millətlər Kubokunda (2025) ötən gün qrup mərhələsinin 2-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, qitə birinciliyinin növbəti oyun günündə də 4 qarşılaşma baş tutub.
E qrupunda Əlcəzair millisi Burkina Fasonu, Sudan yığması isə Ekvatorial Qvineyanı tək qolla üstələyib.
F qrupunda Qabon yığması Mozambiklə beş qolluq oyundan məğlub ayrılıb. Kot-d’İvuar – Kamerun matçında isə qalib müəyyənləşməyib.
Yeri gəlmişkən, “Zirə”nin futbolçusu Rikardo Martins Quima da bu gün Mozambik millisinin heyətində növbəti matçına çıxıb. 30 yaşlı yarımmüdafiəçi start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Qeyd edək ki, Afrika Millətlər Kubokunda mübarizəyə yanvarın 18-də keçiriləcək final oyunu ilə yekun vurulacaq.
Afrika Millətlər Kuboku
28 dekabr
E qrupu
Əlcəzair – Burkina Faso 1:0
Qol: Mahrez, 23-pen.
Ekvatorial Qvineya – Sudan 0:1
Qol: Koko, 74-öz qapısına.
Xallar: Əlcəzair – 6. Burkina Faso – 3. Sudan – 3. Ekvatorial Qvineya – 0.
F qrupu
Qabon – Mozambik 2:3
Qollar: Obameyanq, 45+5. Mussunda, 76 – Banqal, 37. Katamo, 42-pen. Kalila, 52.
Kot-d’İvuar – Kamerun 1:1
Qollar: A.Diallo, 51 – Konan, 56-öz qapısına.
Xallar: Kamerun – 4. Kot-d’İvuar – 4. Mozambik – 3. Qabon – 0.
