Bu gün basketbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün püşkatma mərasimi təşkil edilib.
Arena.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunmuş mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra turnirdə iştirak edəcək komandalarla bağlı videoçarx nümayiş etdirilib. Ardınca püşkatma mərasimi keçirilib və qarşılaşmalar müəyyənləşib.
Püşkün nəticələrinə əsasən, “Abşeron”, “Sabah”, “Ordu” və “Gəncə” komandaları yarışa birbaşa 1/4 final mərhələsindən qoşulacaqlar.
1/8 final mərhələsində isə bu oyunlar baş tutacaq:
“Şəki” – “Sərhədçi”
“Neftçi” – “Lənkəran”
NTD – “Sumqayıt”
“Naxçıvan” – “Quba”
Qeyd edək ki, 1/8 final mərhələsinin oyunlarının yanvarın 13–14-də keçirilməsi nəzərdə tutulub. 1/4 final qarşılaşmalarının isə fevralın 18-22-də keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, basketbol üzrə Azərbaycan Kubokunda ötən mövsümün qalibi NTD komandasıdır.
