AZ

“Atletik” “Qarabağ”la oyunda baş verənlərə görə cəzalandırıldı – ARENA.AZ

“Atletik” “Qarabağ”a qarşı keçirdiyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda azarkeşlərin yol verdikləri pozuntulara görə cərimələnib.

Arena.az xəbər verir ki, Avropanın ali futbol qurumu Bilbao komandasına 10 min avro cərimə tətbiq edib.

Buna sözügedən qarşılaşmada azarkeşlərin UEFA İntizam Qaydalarının 16 (2) maddəsinə əməl etməməsi səbəb olub.

“Atletik” “İdman tədbirinə uyğun olmayan mesajın ötürülməsi” (xüsusilə siyasi, ideoloji, dini və ya təhqiredici məzmunlu jest, söz, obyekt və ya hansısa başqa vasitələrlə ötürülməsi) ucbatından cəza ilə üzləşib.

Xatırladaq ki, sözügedən matç zamanı İspaniya komandasının fanatları vaxtilə erməni separatçılarının Qarabağda yaratdıqları qondarma rejimin bayrağını qaldırmışdı. “Qarabağ” rəsmiləri isə həm oyundan əvvəl, həm də oyun zamanı şəhərdə baş verən təxribatlarla bağlı meydan sahiblərinə məlumat vermişdi.

Azərbaycan çempionu İspaniyada baş tutmuş bu oyunda rəqibinə 1:3 hesabıyla məğlub olmuşdu.

Seçilən
4
7
arena.az

10Mənbələr