“Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevill 2025/26-cı illər mövsümündə İngiltərə çempionluğu uğrunda mübarizədən danışıb.
Arena.az xəbər verir ki, hazırda futbol təhlilçisi olaraq çalışan veteran futbolçu lider “Arsenal”ı “Mançester Siti”nin çox təhlükəli olması gerçəyindən xəbərdar edib:
“Mançester Siti” çox təhlükəlidir. Onların heyətində Erlinq Haland var, başlarında isə Xosep Qvardiola dayanıb. Onlar meydanda tamamilə xüsusi oyunçulara malikdirlər və ehtiyat oyunçular skamyasında da tamamilə xüsusi oyunçuları var. Bu, “Arsenal” üçün ən böyük təhlükədir”, deyə Qari Nevill vurğulayıb.
Xatırladaq ki, İngiltərə Premyer Liqasının cari mövsümündə geridə qalmış 17 turdan sonra 39 xalı olan “Arsenal” vahid liderdir. “Mançester Siti” 37 xalla ikinci, “Aston Villa” isə 36 xalla üçüncü pillədə qərarlaşıb. “Çelsi” və son çempion “Liverpul” 29, “Sanderlend” 27, “Mançester Yunayted”lə “Kristal Pelas” 26 xal toplayıb.
