ABŞ Prezidenti Donald Tramp Amerika ordusunu dünyanın ən güclü ordusu adlandırıb.
"Unikal" xəbər verir ki, onun sözlərini ABC telekanalı sitat gətirib.
"İndi dünyanın ən güclü ordusu bizə məxsusduir, bu, danılmazdır. Mən Amerikanın gücünü bərpa etdim və 10 ay ərzində səkkiz müharibəyə son qoydum" - deyə o bildirib.
Ağ Ev rəhbərinin sözlərinə görə, bu dövrdə onun səyləri Qəzza zolağındakı müharibəyə son qoyub. Siyasətçi həmçinin hər iki tərəfdən girovların azad edilməsini təmin etdiyini qeyd edib.
Amerika lideri həmçinin Milad bayramı ərəfəsində (25 dekabr) 1,45 milyon hərbçinin 1 776 dollar məbləğində hərbi mükafat alacağını açıqlayıb.
Gülayə Mecid