AZ

"Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq" - Tramp

Berlində Ukrayna böhranı ilə bağlı danışıqlardan sonra ABŞ prezidenti Donald Tramp Rusiyanın münaqişənin bitməsini istədiyinə əminlik ifadə edib.

"Unikal" xəbər verir ki,  ABŞ-ın Ukraynadakı münaqişənin həlli üçün davam edən səyləri fonunda Donald Tramp Vaşinqtonun NATO-ya silah tədarük etməyə davam etdiyini bildirib.

Danışıqların son mərhələsindən sonra Tramp həmçinin tərəflərin mövqelərini yaxınlaşdıra biləcəklərini deyib. 

"Ukraynadakı müharibə ilə bağlı Avropa liderləri ilə çox yaxşı söhbətimiz oldu. Görünür, işlər yaxşı gedir, amma biz bu barədə uzun müddətdir danışırıq", - deyə ABŞ prezidenti bildirib.

Tramp Ukraynada razılaşmanın əldə olunmasının indiyə qədər olduğundan daha yaxın olduqlarını deyib. 

Seçilən
22
50
unikal.az

10Mənbələr