Ötən gün Braziliyanın cənubunda, Guaiba bələdiyyəsində baş verən güclü qasırğa Azadlıq Heykəlinin 24 metrlik nüsxəsini aşırıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, heykəl 2020-ci ildə quraşdırılıb və mühəndislər tərəfindən sertifikatlaşdırılıb.
Hadisə Havan mağazasının qarşısındakı avtodayanacaqda baş verib. Heykəlin aşması nəticəsində onun başı və məşəl tutan qolu qopub.
Qeyd olunur ki, qasırğa zamanı küləyin sürəti 90 km/saat-a çatıb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.
Gülayə Mecid