ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, bir müddət öncə Belarus prezidenti Aleksandr Lukaşenko əfv sərəncamı imzalayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, əfv edilən Belarusdakı Polyaklar İttifaqının fəal üzvü, Polşa ictimai televiziyası "Polonia International"ın jurnalisti Anjey Poçobut həbsdən azadlığa buraxılmaqdan imtina edib.
Jurnalist Lukaşenkonun əfvini qəbul etməkdən imtina edib.
Polşa Xarici İşlər Nazirliyinin məlumatına görə, Varşava müttəfiqləri ilə birlikdə jurnalistin azadlığa buraxılması üçün işləri davam etdirir. Poçobut Belarusda "Belarusun milli təhlükəsizliyinə zərər verən hərəkətlər törətməkdə" ittiham olunaraq 8 il müddətinə azadlıqdan məhrum edilib. O, 25 mart 2021-ci ildən bəri həbsdədir.
Ağarza Elçinoğlu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.