AZ

Ermənistanda məcburi hərbi xidmət müddəti 1,5 ilə endirildi

Ermənistan parlamenti ölkənin Silahlı Qüvvələrində məcburi hərbi xidmət müddətinin qısaldılması haqqında qanunu ikinci və sonuncu oxunuşda qəbul edib.

Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, 65 deputat lehinə, dördü əleyhinə səs verib, 20 nəfər isə bitərəf qalıb.

Qanuna uyğun olaraq, 2026-cı il yanvarın 1-dən etibarən məcburi hərbi xidmət müddəti 2 ildən 1,5 ilə endiriləcək.

Gülşən Şərif

Seçilən
52
8
bakivaxti.az

10Mənbələr