AZ

Ermənistanda məcburi hərbi xidmət müddəti 1,5 ilə endirildi

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Ermənistan parlamenti ölkənin Silahlı Qüvvələrində məcburi hərbi xidmət müddətinin qısaldılması haqqında qanunu ikinci və sonuncu oxunuşda qəbul edib.

Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, 65 deputat qanun layihəsinin lehinə, dördü əleyhinə səs verib, 20 nəfər isə bitərəf qalıb.

Qanuna uyğun olaraq, 2026-cı il yanvarın 1-dən etibarən məcburi hərbi xidmət müddəti 2 ildən 1,5 ilə endiriləcək.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
3
bakivaxti.az

2Mənbələr