Ermənistan parlamenti bu gün keçirilən iclasında ikinci və sonuncu oxunuşda ölkənin silahlı qüvvələrində məcburi hərbi xidmət müddətinin azaldılmasını nəzərdə tutan qanunu qəbul edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.
Bildirilib ki, 65 deputat qanun layihəsinin "lehinə", 4 nəfər "əleyhinə" səs verib, 20 nəfər isə bitərəf qalıb.
Yeni qanuna uyğun olaraq, 2026-cı il yanvarın 1-dən etibarən məcburi hərbi xidmət müddəti 2 ildən 1.5 ilə endiriləcək. /Oxu.az
Telegram kanalımız