Ermənistan parlamenti bu gün keçirilən iclasında ikinci və sonuncu oxunuşda ölkənin silahlı qüvvələrində məcburi hərbi xidmət müddətinin azaldılmasını nəzərdə tutan qanunu qəbul edib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, 65 deputat qanun layihəsinin "lehinə", 4 nəfər "əleyhinə" səs verib, 20 nəfər isə bitərəf qalıb.
Yeni qanuna uyğun olaraq, 2026-cı il yanvarın 1-dən etibarən məcburi hərbi xidmət müddəti 2 ildən 1.5 ilə endiriləcək.