Futbol üzrə Azərbaycan yığma komandasının və “Sumqayıt”ın hücumçusu Rüstəm Əhmədzadə Premyer Liqada 100-cü oyununu keçirib.
Arena.az xəbər verir ki, “Sumqayıt”ın futbolçusunun yubileyi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 15-ci turuna təsadüf edib.
25 yaşlı futbolçu “Neftçi” ilə qarşılaşmaya start heyətində çıxıb və 90 dəqiqə meydanda olub. Dörd qolun qeydə alındığı bu qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.
O, Premyer Liqada iştirak etdiyi 100 matçda 10 qola imza atıb. Debütü 2021/2022-ci illər mövsümünə təsadüf etmiş Əhmədzadə üç klubun formasını geyinib. O, “Zirə”də 80 (6 qol), “Sumqayıt”da 14 (4 qol), “Qarabağ”da 6 dəfə şans qazanıb.
Qeyd edək ki, Rüstəm Əhmədzadə Azərbaycan Premyer Liqası tarixində 100 və daha çox oyun keçirmiş 450-ci futbolçu olub.
