AZ

“Qarabağ” qış hazırlıq planını açıqladı – ARENA.AZ

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ”ın 2025/2026-cı illər mövsümününün qalan hissəsinə hazırlıq planı bəlli olub.

Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, “Qarabağ”ın 2025/2026-cı illər mövsümünün ikinci hissəsinə hazırlığı iki mərhələdən ibarət olacaq.

Azərbaycan Premyer Liqasının 16-cı turunun “Qəbələ” ilə dekabrın 21-də baş tutacaq oyunundan sonra istirahətə buraxılacaq Ağdam klubunun futbolçuları 2026-cı ilin yanvar ayının 3-də bir araya gələcəklər. Hazırlıq prosesinin Bakıda gerçəkləşəcək hissəsi yanvarın 10-na qədər davam edəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv yanvarın 10-dan 17-nə qədər Türkiyənin Antalya şəhərində yerləşən Belek bölgəsindəki “Qloria Sports Arena”da təlim-məşq toplanışını davam etdirəcək. Komanda bu toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi planlaşdırılıb. Rəqib komandaların adları müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, “Qarabağ” yeni ildə ilk rəsmi matçını yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində “Ayntraxt”a (Frankfurt, Almaniya) qarşı keçirəcək.

Seçilən
18
5
arena.az

10Mənbələr