AZ

Sessi D’Almeyda Benin yığması ilə Millətlər Kubokunda! – ARENA.AZ

“Neftçi”nin dayaq yarımmüdafiəçisi Sessi D’Almeyda Afrika Millətlər Kubokunda mübarizə aparacaq Benin milli komandasına dəvət alıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Afrika Millətlər Kuboku dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək Mərakeşdə keçiriləcək. D qrupunda yer almış Benin millisi Seneqal, Botsvana və Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.

Xatırladaq ki, Sessi D’Almeyda “Neftçi” ilə bu ilin yayında 2+1 illik müqavilə bağlayıb. O, paytaxt klubunun heyətində meydana çıxdığı 13 oyunda 1 qol və 1 assistlə yadda qalıb.

Fransanın Bordo şəhərində anadan olmuş Sessi D’Almeyda eyniadlı klubun yetirməsidir. Fransa, İngiltərə, Portuqaliya, Kipr liqalarında çıxış etmiş futbolçunun karyerası ərzində formasını geyindiyi klubların siyahısı belədir: “Bordo”, PSJ (B), “Barnsli”, “Bləkpul”, “Yovil Taun”, “Valensyen”, “Tondela”, “Po”, “Apollon” (Limassol).

D’Almeyda 2015-ci ildə debüt etdiyi Benin yığmasının heyətində 39 matçda meydana çıxıb, 1 qola imza atıb.

Seçilən
16
6
arena.az

10Mənbələr