Futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turu “Neftçi”nin baş məşqçisi – ukraynalı mütəxəssis Yuri Vernidub üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, o, yenicə təyinat aldığı “Neftçi”ni “Sumqayıt”la ev oyununa (2:2) baş məşqçi kimi çıxarıb.
Vernidub Premyer Liqanın 2025/2026-cı illər mövsümündə debüt etmiş 4-cü əcnəbi mütəxəssis olub. Saşa İliç (“Sumqayıt”) və Xorxe Kaskilya (“İmişli”) 1-ci, Valdas Dambrauskas (“Sabah”) isə 2-ci turda debüt etmişdi.
Bununla da Premyer Liqa tarixində baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən əcnəbi mütəxəssislərin sayı 69-a çatıb. Vernidub Premyer Liqa tarixində 10-cu ukraynalı baş məşqçidir.
O, “Neftçi”ni Azərbaycan çempionatlarında oyuna çıxaran ümumilikdə 33-cü mütəxəssisdir.
Yuri Vernidub “ağ-qaralar”ın 9-cu legioner, 3-cü ukraynalı çalışdırıcısı olub.
