AZ

Bakıxanov qəsəbəsində evdə baş verən partlayışda xəsarət alanlar var

Yazını böyüt
Yazını kiçilt

Dekabrın 9-u saat 10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindən partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Mərkəzdən Hafta.az-a verilən məlumata görə, təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, digər şəxs (kişi) isə travma və yanıq diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Seçilən
29
9
hafta.az

10Mənbələr