AZ

Politico: “Tokio Brüsseli dəstəkləmədi”

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Politico” nəşrinin məlumatına görə, dekabrın 8-də G7-nin maliyyə nazirlərinin görüşü zamanı Tokio Aİ-ninBelçikanın “Euroclear” bankında saxlanılan Rusiyanın suveren aktivlərini Ukraynaya ötürmək planlarını dəstəkləmək xahişini rədd edib.

“Bu addımla Yaponiya Aİ-nin bu təşəbbüsə qlobal dəstək qazanmaq ümidlərini puça çıxarıb”,- qəzet vurğulayır.

The Times:“Aİ iki həftə ərzində qərar verəcək”
Müzakirələrin gedişatından məlumatlı olan iki Aİ diplomatı nəşrə bildiriblər ki, Yaponiya Ukraynaya kredit vermək üçün öz ərazisində saxlanılan dondurulmuş Rusiya aktivlərindən 30 milyard dollardan istifadə edə bilməyəcəyini açıq şəkildə diqqətə çatdırıb.

- Yaponiyanın Maliyyə naziri Satsuki Katayama hüquqi məsələlərə görə Rusiya aktivlərindən istifadənin mümkün olmasını istisna edib”,- Aİ diplomatı nəşrə açıqlamasında deyib.

Lakin bir sıra rəsmilər Yaponiyanın mövqeyinin ABŞ-nin Rusiya aktivlərinin Ukraynanın xeyrinə istifadəsinə qarşı çıxmasından qaynaqlandığını söyləyərək, Tokionun mühüm müttəfiqinin mövqeyini gözardı etmək istəmədiyini vurğulayıblar.

Xatırladaq ki, bundan əvvəl Böyük Britaniya hökumətindəki mənbələrə istinad edən “The Times” nəşri Rusiyanın dondurulmuş aktivləri ilə bağlı iki həftə ərzində qərar verəcəyini yazmışdı.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
18
6
azvision.az

8Mənbələr