AZ

Zaqatala-Muğanlı yolunda FACİƏ - Avtomobil 57 yaşlı qadını vuraraq öldürüb

Zaqatalada avtomobil qadını vuraraq öldürüb.

Bizim.Media - nın yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər Zaqatala-Muğanlı avtomobil yolunda, Aşağı Tala kəndi ərazisində baş verib.
 

Rövşən Hazmanov idarə etdiyi " VAZ 21099" markalı avtomobillə Aşağı Tala kənd sakini 57 yaşlı Dilbər Osmanovanı yolu keçərkən vurub.


Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı Zaqatala rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Seçilən
46
1
paralel.az

10Mənbələr