AZ

İki gün öncə itkin düşən Zaqatala sakini TAPILDI FOTO

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Dekabr ayının 8-də evdən çıxan Zaqatala sakini polis əməkdaşları tərəfindən aşkarlanaraq ailəsinə təhvil verilib.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatala sakini 39 yaşlı Akif Mehdiyev əqli qüsurlu olduğundan evdən gedən zaman ailəsinin xəbəri olmayıb.Onun itkin düşməsi barədə ailəsi növbəti gün Zaqatala rayon polis şöbəsinə müraciət edib.DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata əsasən dərhal axtarış elan edilib. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə Akif Mehdiyev Balakən rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
2
bizim.media

10Mənbələr