Zaqatalada avtomobil 57 yaşlı qadını vuraraq öldürüb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər Zaqatala-Muğanlı avtomobil yolunda, Aşağı Tala kəndi ərazisindəbaş verib. Rayonun Aşağı Tala kənd sakini 1968-ci il təvəllüdlü Dilbər Osmanova hərəkətdə olan minik avtomobili tərəfindən vurulub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.