Dekabr ayının 8-də evdən çıxan Zaqatala sakini polis əməkdaşları tərəfindən aşkarlanaraq ailəsinə təhvil verilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatala sakini 39 yaşlı Akif Mehdiyev əqli qüsurlu olduğundan evdən gedən zaman ailəsinin xəbəri olmayıb.
Onun itkin düşməsi barədə ailəsi növbəti gün Zaqatala rayon polis şöbəsinə müraciət edib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata əsasən dərhal axtarış elan edilib. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə Akif Mehdiyev Balakən rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta