Kanada vətəndaşı Mingəçevirdə ölü tapılıb.
"Unikal"ın məlumatına görə, hadisə Müslüm Maqomayev prospektində yerləşən evlərdən birində baş verib. 1963-cü il təvəllüdlü Kanada vətəndaşı Vladimir Soukxov qaldığı mənzildə ölüb. İlkin tibbi müayinə zamanı onun ürək çatışmazlığından vəfat etdiyi məlum olub.
Faktla bağlı araşdırma aparlır.
Ehtiram Muradov