Kanada vətəndaşı Mingəçevirdə ölü tapılıb.
Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, hadisə Müslüm Maqomayev prospektində yerləşən evlərdən birində baş verib.
1963-cü il təvəllüdlü Kanada vətəndaşı Vladimir Soukxov qaldığı mənzildə ölüb. İlkin tibbi müayinə zamanı onun ürək çatışmazlığından vəfat etdiyi məlum olub.