MİNGƏÇEVİR, 24 noyabr. TELEQRAF
Kanada vətəndaşı Mingəçevirdə ölüb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ku, hadisə Müslüm Maqomayev prospektində yerləşən evlərdən birində baş verib.
1963-cü il təvəllüdlü Kanada vətəndaşı Vladimir Soukxov qaldığı mənzildə ölüb.
İlkin tibbi müayinə zamanı onun ürək çatışmazlığından vəfat etdiyi məlum olub.
Faktla bağlı araşdırma aparllır.