EN

Mingəçevirdə Kanada vətəndaşının meyiti tapıldı

Kanada vətəndaşı Mingəçevirdə ölü tapılıb.

"Unikal"ın məlumatına görə, hadisə Müslüm Maqomayev prospektində yerləşən evlərdən birində baş verib. 1963-cü il təvəllüdlü Kanada vətəndaşı Vladimir Soukxov qaldığı mənzildə ölüb. İlkin tibbi müayinə zamanı onun ürək çatışmazlığından vəfat  etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparlır.

Ehtiram Muradov

Chosen
72
5
unikal.az

6Sources