"LVM3-M5" raket daşıyıcısı Hindistan Hərbi Dəniz Qüvvələri üçün GSAT-7R (CMS-03) kosmik rabitə peykini Yer orbitinə uğurla buraxıb. SİA xəbər verir ki, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) məlumat yayıb. Bildirilib ki, raket yerli vaxtla saat 17:26-da Hindistanın cənub-şərqindəki Şriharikota adasında yerləşən Satiş Dhavan Kosmik Mərkəzinin buraxılış meydançasından buraxılıb. Peyk Hind okeanı bölgəsində Hindistan döyüş gəmiləri, sualtı qayıqları, təyyarələri və sahil komanda məntəqələri arasında etibarlı real vaxt rabitəsi təmin etmək üçün nəzərdə tutulub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta