BAKI, 2 oktyabr. TELEQRAF
"LVM3-M5" raket daşıyıcısı Hindistan Hərbi Dəniz Qüvvələri üçün GSAT-7R (CMS-03) kosmik rabitə peykini Yerin orbitinə uğurla buraxıb.
Teleqraf xəbər verir ki, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) məlumat yayıb.
Bildirilib ki, raket bu gün saat 17 radələrində Hindistanın cənub-şərqindəki Şriharikota adasında yerləşən Satiş Dhavan Kosmik Mərkəzindən buraxılıb.
Peyk Hind okeanı bölgəsində Hindistan döyüş gəmiləri, sualtı qayıqları, təyyarələri və sahil komanda məntəqələri arasında etibarlı real vaxt rabitəsi təmin etmək üçün nəzərdə tutulub.