"LVM3-M5" raket daşıyıcısı Hindistan Hərbi Dəniz Qüvvələri üçün GSAT-7R (CMS-03) kosmik rabitə peykini Yer orbitinə uğurla buraxıb.
Publika.az xəbər verir ki, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) məlumat yayıb.
Bildirilib ki, raket yerli vaxtla saat 17:26-da Hindistanın cənub-şərqindəki Şriharikota adasında yerləşən Satiş Dhavan Kosmik Mərkəzinin buraxılış meydançasından buraxılıb.