AZ

Hindistan orbitə hərbi rabitə peyki buraxıb.

Bakı. Trend:

"LVM3-M5" raket daşıyıcısı Hindistan Hərbi Dəniz Qüvvələri üçünGSAT-7R (CMS-03) kosmik rabitə peykini Yer orbitinə uğurlaburaxıb.

Trend-in məlumatına görə, bu barədə Hindistan Kosmik TədqiqatlarTəşkilatı (ISRO) məlumat yayıb.

Bildirilib ki, raket yerli vaxtla saat 17:26-da Hindistanıncənub-şərqindəki Şriharikota adasında yerləşən Satiş Dhavan KosmikMərkəzinin buraxılış meydançasından buraxılıb.

Peyk Hind okeanı bölgəsində Hindistan döyüş gəmiləri, sualtıqayıqları, təyyarələri və sahil komanda məntəqələri arasındaetibarlı real vaxt rabitəsi təmin etmək üçün nəzərdə tutulub.

Seçilən
53
4
az.trend.az

5Mənbələr