AZ

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kredit qoyuluşları artıb

2025-ci ilin oktyabrın 1-nə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 519,882 milyon manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, bu, əvvəlki aya nisbətən 0,6%, illik müqayisədə isə 10% artım deməkdir. Orta kredit faizi 19,66% olub. Kreditlərin 518,810 milyon manatı milli valyutada, 1,072 milyon manatı isə sərbəst dönərli valyutada yerləşdirilib.

Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşları isə 22,306 milyon manat təşkil edib, aylıq artım 6,7%, orta faiz dərəcəsi isə 14,15% olub. Burada kreditlərin 13,446 milyon manatı milli valyutada, 8,860 milyon manatı isə SDV-də yerləşdirilib.

Ümumilikdə, 2025-ci ilin oktyabrın 1-nə Azərbaycanın bütün regionları üzrə kredit qoyuluşlarının həcmi 29,276 milyard manat olub ki, bu da aylıq 2%, illik isə 9,6% artım deməkdir.

Fuad Mədətov
Finss.az

Seçilən
16
1
fins.az

10Mənbələr