AZ

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları yarım milyard manatı ötüb

Bakı. Trend:

Bu ilin oktyabrın 1-nə Qarabağ iqtisadi rayonu üzrə kreditqoyuluşlarının həcmi 519,882 milyon manat təşkil edib.

Trend bubarədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki ayla müqayisədə 3,2 milyonmanat və ya 0,6%, ötən ilin eyni dövrünə nisbətən isə 46,8 milyonmanat və ya 10% çoxdur.

Hesabat dövründə sözügedən region üzrə kredit qoyuluşlarınınorta faiz dərəcəsi 19,66%-ə bərabər olub.

Dövr ərzində regiona qoyulmuş kreditlərin 518,810 milyon manatımilli valyutada, 1,072 milyon manatı isə sərbəst dönərli valyutada(SDV) yerləşdirilib.

Eyni zamanda, bu ilin oktyabrın 1-nə Şərqi Zəngəzur iqtisadirayonu üzrə isə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə1,4 milyon manat və ya 6,7% artaraq, 22,306 milyon manata bərabərolub.

Hesabat dövründə bu göstərici üzrə orta faiz dərəcəsi 14,15%təşkil edib.

Sözügedən dövr ərzində regiona qoyulmuş kreditlərin 13,446milyon manatı milli valyutada, 8,860 milyon manatı isə sərbəstdönərli valyutada (SDV) yerləşdirilib.

Qeyd edək ki, 2025-ci ilin oktybarın 1-nə Azərbaycanın cəmiregionları üzrə kredit qoyuluşlarının həcmi 29,276 milyard manatabərabər olub. Bu göstərici əvvəlki ayla müqayisədə 571,4 milyonmanat və ya 2%, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 2,570milyard manat və ya 9,6% çoxdur.

Seçilən
4
2
az.trend.az

10Mənbələr