Bu ilin oktyabrın 1-nə Azərbayacanda kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşlarının cəmi məbləği 31,042 milyard manat, vaxtı keçmiş kreditlərin həcmi isə 528,1 milyon manat təşkil edib.
Bakıvaxtı.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, cəmi kredit qoyuluşlarının 26,8 milyard manatını milli valyutada kreditlər təşkil edib.
Milli valyutadakı kreditlərin 438,4 milyon manatının ödəmə vaxtı keçib.
Hesabat dövründə cəmi kredit qoyuluşlarının 4,2 milyard manatı xarici valyutada verilmiş kreditlər olub ki, bu kreditlərin də 89,7 milyon manatının ödəmə vaxtı keçib.
Ötən ilin eyni dövrü ilə müqayisədə 2025-ci ilin oktyabrın 1-nə milli valyutada qoyulmuş kreditlər 2,6 milyard manat və ya 9,3% artıb, xarici valyutada qoyulmuş kreditlər isə 480,9 milyon manat və ya 10,2% azalıb.
Hesabat dövründə milli valyutadakı cəmi kreditlərin 4,3 milyard manatını qısamüddətli, 22,4 milyard manatını uzunmüddətli kreditlər, xarici valyutadakı kreditlərin isə 937,8 milyon manatını qısamüddətli, 3,3 milyard manatını isə uzunmüddətli kreditlər təşkil edib.