AZ

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları yarım milyard manatı ötüb

Bu ilin oktyabrın 1-nə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 519,882 milyon manat təşkil edib.

Day.Az xəbər verir ki, Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki ayla müqayisədə 3,2 milyon manat və ya 0,6%, ötən ilin eyni dövrünə nisbətən isə 46,8 milyon manat və ya 10% çoxdur.

Hesabat dövründə sözügedən region üzrə kredit qoyuluşlarının orta faiz dərəcəsi 19,66%-ə bərabər olub.

Dövr ərzində regiona qoyulmuş kreditlərin 518,810 milyon manatı milli valyutada, 1,072 milyon manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Eyni zamanda, bu ilin oktyabrın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə isə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə 1,4 milyon manat və ya 6,7% artaraq, 22,306 milyon manata bərabər olub.

Hesabat dövründə bu göstərici üzrə orta faiz dərəcəsi 14,15% təşkil edib.

Sözügedən dövr ərzində regiona qoyulmuş kreditlərin 13,446 milyon manatı milli valyutada, 8,860 milyon manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Qeyd edək ki, 2025-ci ilin oktybarın 1-nə Azərbaycanın cəmi regionları üzrə kredit qoyuluşlarının həcmi 29,276 milyard manata bərabər olub. Bu göstərici əvvəlki ayla müqayisədə 571,4 milyon manat və ya 2%, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 2,570 milyard manat və ya 9,6% çoxdur.

Seçilən
19
2
day.az

10Mənbələr