İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda rifah üzrə regional direktoru Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə iqtisadiyyat Naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında məlumat verib.
"Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" layihəsinə daxil edilməsi planlaşdırılan istiqamətlər, biznes mühitinin təkmilləşdirilməsi, dayanıqlı və inklüziv iqtisadi artımın və məşğulluğun təşviqi barədə fikirlərimizi bölüşdük.
Beynəlxalq təcrübədə biznesin intensiv inkişafı üzrə aparılmış təhlillərin nəticələrinin və özəl sektorun stimullaşdırılması ilə bağlı tədqiqat metodologiyalarının Azərbaycanda tətbiqi imkanlarını nəzərdən keçirdik”-deyə paylaşımda qeyd edilib.
 
                        