AZ

Mikayıl Cabbarov Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankını Avropa və Mərkəzi Asiya regionunda rifah üzrə regional direktoru Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Oxu.Az xəbər verir ki, nazir bu barədə "X" hesabında qeyd edib:

"Görüşdə Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" layihəsinə daxil edilməsi planlaşdırılan istiqamətlər, biznes mühitinin təkmilləşdirilməsi, dayanıqlı və inklüziv iqtisadi artımın və məşğulluğun təşviqi barədə fikirlərimizi bölüşdük. Beynəlxalq təcrübədə biznesin intensiv inkişafı üzrə aparılmış təhlillərin nəticələrinin və özəl sektorun stimullaşdırılması ilə bağlı tədqiqat metodologiyalarının Azərbaycanda tətbiqi imkanlarını nəzərdən keçirdik".

Dünya Bankının (@WorldBank) Avropa və Mərkəzi Asiya regionunda rifah üzrə regional direktoru cənab Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmək xoş oldu."Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" layihəsinə daxil… pic.twitter.com/LQrG2Evipc

— Mikayil Jabbarov (@MikayilJabbarov) October 30, 2025

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
1
oxu.az

7Mənbələr