AZ

Azərbaycan və Dünya Bankı dayanıqlı iqtisadi artım və məşğulluq məsələlərini müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda rifah üzrə regional direktoru Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə iqtisadiyyat Naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında məlumat verib.

"Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" layihəsinə daxil edilməsi planlaşdırılan istiqamətlər, biznes mühitinin təkmilləşdirilməsi, dayanıqlı və inklüziv iqtisadi artımın və məşğulluğun təşviqi barədə fikirlərimizi bölüşdük.

Seçilən
7
4
aznews.az

7Mənbələr