AZ

Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

“Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda rifah üzrə regional direktoru cənab Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmək xoş oldu. "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" layihəsinə daxil edilməsi planlaşdırılan istiqamətlər, biznes mühitinin təkmilləşdirilməsi, dayanıqlı və inklüziv iqtisadi artımın və məşğulluğun təşviqi barədə fikirlərimizi bölüşdük. Beynəlxalq təcrübədə biznesin intensiv inkişafı üzrə aparılmış təhlillərin nəticələrinin və özəl sektorun stimullaşdırılması ilə bağlı tədqiqat metodologiyalarının Azərbaycanda tətbiqi imkanlarını nəzərdən keçirdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Seçilən
36
3
vergiler.az

7Mənbələr