AZ

Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları 462 milyon manat artıb

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinəqeyri-neft-qaz sektoru üzrə daxilolmalar 14,993 milyard manattəşkil edib.

Trend bubarədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 462,3milyon manat və ya 3,2% çoxdur.

Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə daxilolmaların61,1%-i və ya 9,167 milyard manatı vergi orqanlarının xətti ilə,31,7%-i və ya 4,748 milyard manatı gömrük orqanlarının xətti ilə,3,2%-i və ya 480,2 milyon manatı dövlət büdcəsindənmaliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 3,8%-i vəya 563,1 milyon manatı sair daxilomaları, 0,2%-i və ya 34,5 milyonmanatı dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların payınadüşüb.

Seçilən
136
16
az.trend.az

10Mənbələr