Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinəneft-qaz sektoru üzrə daxilolmalar 14,150 milyard manat təşkiledib.
Trend bubarədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 943,1milyon manat və ya 7,1% çoxdur.
Hesabat dövründə neft-qaz sektoru üzrə daxilolmaların 76,8%-i vəya 10,861 milyard manatı Azərbaycan Dövlət Neft Fondundan (ARDNF)dövlət büdcəsinə transfertin, 23,2%-i və ya 3,289 milyard manatıvergi orqanlarının xətti ilə daxilolmaların payına düşüb.
Vergi orqanlarının xətti ilə daxil olan vəsaitlərinin 1,748milyard manatı "Şahdəniz" yatağı üzrə mənfəət vergisi, 1,292milyard manatı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyivergilər, 248,8 milyon manatı isə “Azəri-Çıraq-Günəşli” layihəsiüzrə mənfəət vergisi hesabına formalaşıb.