AZ

Minsk Avropa İttifaqı qarşısında 3 ŞƏRT QOYDU

Minsk Avropa İttifaqı (Aİ) ilə dialoqa başlamağa hazırdır. Lakin bunun üçün üç şərtin yerinə yetirilməsi tələb olunur.

Publika.az xəbər verir ki, bu barədə Belarusun xarici işlər naziri Maksim Rıjenkov "RİA Novosti"yə açıqlamasında bildirib.

Bu şərtlərə Belarus hakimiyyətinə hörmət göstərilməsi və sanksiyaların ləğvi daxildir. Bundan əlavə, diplomat Minsk ilə Aİ arasında dialoqun bərpası üçün sərhəd əməkdaşlığı sahəsində pozulmuş razılaşmalara qayıdılmasını da əsas şərt kimi göstərib.

Oktyabrın 27-də Belarus Xarici İşlər Nazirliyi Litvanın Belarusdakı müvəqqəti işlər vəkili Erikas Vilkanetsası nazirliyə çağırıb. Ona birtərəfli qaydada sərhədin bağlanması ilə bağlı etiraz notası təqdim olunub.

Seçilən
13
50
publika.az

10Mənbələr