AZ

Avropa İttifaqı rusiyalı diplomatların səfərlərinə məhdudiyyətlər qoydu

Avropa İttifaqı 19-cu anti-Rusiya sanksiyaları paketi çərçivəsində rusiyalı diplomatların səyahətinə məhdudiyyətlər qoyub. Rusiya diplomatlarından səfərləri barədə əvvəlcədən qəbul etdikləri ölkələrin rəhbərliyini məlumatlandırmaları tələb olunacaq.

Editor.az xəbər verir ki, Aİ yeni məhdudiyyətləri “düşmən kəşfiyyatının artan fəaliyyəti fonunda” xarici hökumət rəsmilərinin məlumatlılığının artırılması zərurəti ilə izah edib. Akkreditasiya ölkələrindən kənarda Şengen zonası daxilində səyahət edərkən, Rusiya diplomatlarından müvafiq Aİ üzv dövlətini əvvəlcədən məlumatlandırmaları tələb olunacaq. Bundan əlavə, Aİ-yə üzv dövlətlər rus diplomatlarından başqa dövlət tərəfindən verilmiş viza və ya yaşayış icazəsi əsasında giriş icazəsi almağı tələb edə bilər.

Xatırladaq ki, Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiyalar paketini rəsmən təsdiqləyib. Məhdudiyyətlər enerji, maliyyə və hərbi-sənaye sektorundakı şirkətlərə təsir edib. Rusiya və xarici banklar, kriptovalyuta birjaları, Hindistan və Çindəki təşkilatlar da məhdudiyyətlərə daxil edilib. Paketə həmçinin Avropa bizneslərinin Rusiyaya turist səfərləri təşkil etməsinə və bu ölkədə turizm xidmətləri göstərməsinə qadağa da daxildir. Rusiya Xarici İşlər Nazirliyi Aİ-nin hərəkətlərinə cavab verəcəyini vəd edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
157
2
editor.az

10Mənbələr