AZ

Avropa Parlamenti Lukaşenkonu Belarusun legitim prezidenti kimi tanımayıb

Qurum Belarus müxalifətinə dəstək verib və Rusiyanın müharibəsində Minsk rejiminin rolunu pisləyib...

Poliqon xəbər verir ki, Avropa Parlamenti bu gün keçirilən səsvermədə Aleksandr Lukaşenkonun Belarusun legitim prezidenti kimi tanınmaması barədə qətnamə qəbul edib. Sənəd 458 deputatın lehinə, 18-nin əleyhinə və 84 nəfərin bitərəf qalması ilə qəbul olunub.

Qətnamədə Avropa Parlamenti Belarusun demokratik qüvvələrinə, xüsusilə Svetlana Tixanovskayanın rəhbərlik etdiyi müxalifət hərəkatına dəstəyini bir daha təsdiqləyib. Deputatlar qeyd ediblər ki, 2020-ci il prezident seçkilərinin nəticələri saxtalaşdırılıb və Tixanovskaya əslində seçkilərin qanuni qalibi olub, Lukaşenko isə hakimiyyəti qeyri-qanuni yollarla əlində saxlayır.

Avropa Parlamenti Belarusdakı repressiyaları qəti şəkildə pisləyib, bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasını və onların hüquqlarının bərpasını tələb edib. Sənəddə həmçinin Lukaşenko rejiminin Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə iştirakı kəskin şəkildə tənqid olunub. Deputatlar Belarus ərazisində Rusiya hərbi qüvvələrinin və nüvə silahı daşımağa qadir sistemlərin yerləşdirilməsinin Avropanın təhlükəsizliyi üçün ciddi təhdid yaratdığını bildiriblər.

Avropa Parlamenti Avropa İttifaqını Belarus rejimi ilə əlaqəli olan, repressiyalarda, müharibəyə dəstəkdə və sanksiyalardan yayınmada məsul şəxslərə qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə çağırıb.

Poliqon.info

Seçilən
74
50
poliqon.info

10Mənbələr