AZ

“Avropa böyük müharibəyə hazırlaşır, bunu gizlətmir” –LAVROV

“Avropa yeni böyük müharibəyə hazırlıqlarını gizlətmir”

AzPost-un məlumatına görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Avrasiya Təhlükəsizliyi üzrə Üçüncü Minsk Beynəlxalq Konfransının yüksək səviyyəli plenar iclasında çıxışı zamanı bildirib.

XİN başçısının sözlərinə görə, Rusiya və Belarus İttifaq Dövlətinin qərbində buna hazırlıqlar gedir: “Onlar həmçinin Rusiya və Belarus İttifaq Dövlətinin qərbində gördükləri hazırlıqları – yeni böyük Avropa müharibəsinə hazırlıqları gizlətmirlər”.

O deyib ki, bu məqsədlə Aİ daxilində koalisiya quruculuğu davam edir. Məsələn, iyul ayında Fransa və Böyük Britaniya nüvə qüvvələrini əlaqələndirmək barədə razılığa gəliblər.

Lavrov əlavə edib ki, Berlin və London bu yaxınlarda hərbi əməkdaşlıq müqaviləsi imzalayıblar. Bu hərbi əməkdaşlığa nüvə ölçüsünün əlavə edilməsi ilə bağlı açıqlamalar son zamanlar ortaya çıxmağa başlayıb.

AzPost.az

Seçilən
48
50
azpost.info

10Mənbələr