Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Rusiyaya qarşı 19-cu sanksiyalar paketini razılaşdırıblar.
"Report" bu barədə "Reuters"a istinadən xəbər verir.
Hazırda sədrlikdən bu məlumatla bağlı rəsmi təsdiq daxil olmayıb.
Sanksiyalar paketinin qüvvəyə minməsi üçün onun Aİ Şurası tərəfindən nazirlər səviyyəsində təsdiqlənməsi tələb olunur. Təsdiq prosedurunun yaxın vaxtlarda baş tutacağı gözlənilir.
Əvvəlki məlumatlara görə, Rusiyaya qarşı 19-cu sanksiyalar paketinə 40 milyard avrodan çox məbləğdə ticarət məhdudiyyətləri daxil edilib.