AZ

Aİ səfirləri Rusiyaya qarşı 19-cu sanksiya paketini razılaşdırıb

Yeni məhdudiyyətlər enerji, maliyyə və hərbi texnologiyalar sektorlarını əhatə edəcək...

Avropa İttifaqına üzv ölkələrin səfirləri Rusiyaya qarşı növbəti — 19-cu sanksiya paketini razılaşdırıblar.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Yeni sanksiya paketi Ukraynaya qarşı müharibənin davam etməsi, eləcə də Moskvanın Aİ-nin əvvəlki məhdudiyyətlərindın yan keçmək cəhdləri ilə əlaqədar hazırlanıb. Sanksiyalar enerji, maliyyə, yüksək texnologiya və hərbi sənaye sahələrini əhatə edəcək.

Agentliyin məlumatına görə, bu paketlə Rusiya ilə əməkdaşlıq edən bir sıra şirkətlər və fiziki şəxslər də sanksiya siyahısına əlavə ediləcək. Hədəf qruplar arasında üçüncü ölkələrdə qeydiyyatdan keçmiş, amma Rusiya ordusuna texnoloji və logistika dəstəyi göstərən təşkilatlar da var.

Diplomatlar bildiriblər ki, yeni sanksiya paketi yaxın günlərdə Avropa İttifaqı Şurası tərəfindən rəsmi şəkildə təsdiqlənəcək və bundan sonra hüquqi qüvvəyə minəcək.

Poliqon.info

Seçilən
124
15
poliqon.info

10Mənbələr