AZ

Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi təsdiq ediləcək

Avropa İttifaqı (Aİ) liderləri oktyabrın 23-də keçiriləcək sammitdə Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləməyi planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Yeni sanksiyalar paketinə ilk dəfə olaraq Çin və Hindistan şirkətlərinə qarşı ticarət məhdudiyyətləri, eləcə də hərbi sənayedə istifadə oluna biləcək malların Rusiyaya ixracına qadağalar daxil olacaq. Məqsəd bu ölkələrin Rusiyaya dolayı yolla yardım etməsinin qarşısını almaqdır.

Bundan əlavə, Aİ 100-dən çox tankeri qara siyahıya salmağı nəzərdən keçirir. Bu addım Rusiyanın enerji gəlirlərini azaltmağa yönəlib.

Oktyabrın 20-də Lüksemburqda keçirilən Aİ xarici işlər nazirlərinin görüşündən sonra Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Aİ həftənin sonuna qədər yeni sanksiyalar paketini qəbul etməyi planlaşdırır.

Onun sözlərinə görə, yekun qərar oktyabrın 23-də icma ölkələrinin sammitində veriləcək.

Seçilən
108
15
operativmm.az

10Mənbələr