AZ

Aİ Rusiyaya qarşı daha sərt sanksiyalara hazırlaşır

Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyasətinə yanaşmasını dəyişir - tədricən məhdudiyyətlər əvəzinə daha radikal tədbirlər hazırlanır...

Poliqon xəbər verir ki, bunu Kopenhagendə Aİ liderlərinin qeyri-rəsmi sammitindən sonra Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

"Rusiyaya təzyiqi daha da artırmağın vaxtı çatıb. Biz artıq mərhələli sanksiyalar təklif etmirik, əksinə, daha sərt tədbirlər - enerji, maliyyə xidmətləri və ticarətdə təklif edirik. Və bütün bunlar artıq müzakirə olunan 19-cu sanksiyalar paketinə daxildir", deyə o vurğulayıb.

Fon der Leyenin sözlərinə görə, paket ABŞ ilə razılaşdırılaraq hazırlanıb. Yaxın vaxtlarda onun qəbulu planlaşdırılır. Əsas məqamlar arasında:

* Rusiya neftinin qiymət tavanının bir barel üçün 47,6 dollara endirilməsi;
* Mir ödəniş sisteminin fəaliyyətinə məhdudiyyətlər;
* bir sıra filizlərin, metalların, kimyəvi maddələrin və duzların ixracına qadağa;
* Rusiya hərbi sektoru ilə əməkdaşlıq edən 45 rus və xarici şirkətə qarşı sanksiyalar.

Bundan əlavə, Aİ 2027-ci ilə qədər Rusiyanın LNG-dən tamamilə imtina etməyi və Kremlə məhdudiyyətləri aşmağa kömək edən üçüncü ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməyi planlaşdırır.

Xatırladaq ki, Avropa İttifaqı Rusiya Federasiyasına qarşı yeni sərt məhdudiyyətlər paketi hazırlayır. Sanksiyalar Rusiya iqtisadiyyatının enerji, maliyyə və ticarət kimi sahələrinə təsir edəcək.

Rusiyaya qarşı 19-cu məhdudiyyətlər paketinə Avropa İttifaqının bir il müddətinə Rusiya maye qazının idxalından imtinasının sürətləndirilməsi haqqında bənd də əlavə oluna bilər.Aİ-nin Xarici Əlaqələr Başçısı Kaya Kallas, Çin şirkətlərinin də məhdudiyyətlərə məruz qala biləcəyini bildirib.

Poliqon.info

Seçilən
99
15
poliqon.info

10Mənbələr