Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ prezidenti Donald Trampa Nobel Sülh Mükafatının verilməməsi qərarını tamamilə axmaqlıq adlandırıb.
Busaat.az xəbər verir ki, 2025-ci ilin Nobel Sülh Mükafatı Venesuela müxalifətinin lideri Maria Korina Maçadoya verilib.
“Bu, tamamilə cəfəngiyyatdır. Tramp bu Nobel mükafatına layiq idi, ona verilməli idi. Bütün səbəblərə görə. Xüsusilə də son vaxtlar Nobel mükafatını kiməsə verən eyni səbəblərə görə.
Mən tamamilə əminəm ki, bütün nöqteyi-nəzərdən və xüsusən də uzunmüddətli perspektivdə Tramp bu Nobel mükafatını sülh prosesinə bağlamaq üçün ona layiq görülməli idi. Bu, uzaqgörən bir qərardır və Tramp sülh üçün çox şey edib”, – deyə Lukaşenko deyib.
Yeganə